https://525.az/img/pics/medium/2024-03/307360_7am8m7esoh.png "Zəfər abidəsi" ruhumuzun abidəsidir
https://525.az/img/pics/medium/2023-04/263333_b6bcw5udnj.jpg Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
search
19 Mart 2024
18 Mart 2024

Arif Quliyev toylarda müğənnilik edəcək

Arif Quliyev toylarda müğənnilik edəcək

Xalq artisti Arif Quliyev el şənliklərində özünü müğənni kimi də sınamaq qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda “APA TV”-nin “Show time” verilişində danışıb. O bildirib bir müddətdir mahnı oxuyur:

“Mən artıq fikirləşmişəm ki, bəsdir güldürdüm, danışdım. İndi də müğənnilik edəcəm. İstəyirəm ki, toylarda oxuyum. Ona görə də yeni mahnı yazdırdım. Həvəskaram, müğənni yanında oxumağa utanıram. Mən musiqili komediya fakültəsini bitirmişəm. Düz 2 il incəsənət universitetinə aktyorluqdan imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma üçüncü dəfə fikirləşdim ki, sənədlərimi musiqili komediya fakültəsinə verim. Elə mahnını yaxşı oxuduğuma görə, məni ali məktəbə qəbul elədilər”.

Aktyor onu da əlavə edib ki, toy qiyməti elə də baha deyil:

“Heç bir zaman bir qiymət deyib, o məbləğdə də dayanmıram. Kim nə hörmət edirsə, o qiymətə də razılaşıram. Yəni toy qiymətim elə də baha deyil”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.