Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 24-də, saat 10:00-da Sabirabadda vətəndaşları qəbul edəcək.
Dövlət komitəsindən verilən məlumata görə, görüşdə Saatlı, İmişli, Sabirabad və Xocavənd rayonlarının sakinləri qəbul olunacaq. Qəbul Sabirabad rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Ceyhun ABASOV