Dünya birjalarında neft bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,44% artaraq 54,62 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,31% artaraq 61,13 dollar olub.
Bununla da Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayından bəri ilk dəfə 61 dolları keçib. Başqa sözlə, Brent markalı neft 27 aylıq maksimumu yeniləyib.
“Qara qızıl”ın bahalaşmasına OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılacağı ilə bağlı gözləntilər səbəb olub.