Edəcəyin yaxşılığın əvəzini Böyük Tanrı özü qaytaracaq
İşıqdan aldığın qüvvəti və qüdrəti elə işığa da xərclə
Allahın altında Allahlıq olmaz!..
Taxıl biçinindən gəlmək hələ evə çörək gətirmək deyil
Açıq qəlbə külək çox əsər
Dünyanın ən möhtəşəm sevincini çiçəkləyən ağaclar yaşayır...
Sözlərini dişlərinin dibində çürütmə, de gəlsin...
Nübarın tamı damaqda çox qalar
Sonalama, qismətin nədirsə - odur
Xeyirxahlıq düz başa düşülməyəndə səni köz kimi yandırar
Üzünə-gözünə öyrəşdiyinin yerinə üzünü-gözünü görmədiyin gələcək. Bəs onda nə olacaq?
Yaxınınla olan küsülülüyü tündləşdirmə, qaraldıb şitini çıxarma
Sınaqlar hər zaman qərəzli olmur
Nə danışığını dəyiş, nə yerişini - kənardan tez bəlli edəcək
Bir belə göz yaşları Qəlbin hansı dərinliyində gizlənir görəsən?
ÜrƏk gəlməyəndə dil də gətirmir
Nə qəlbini ovundur, nə özünü aldat
Bir belə yükü, dərd-səri bir ürək necə çəksin, Allahım?
Simlərdə gəzdirdiyin barmaqların ürəyimin tellərinə toxunmasa yaxşıdır...
Bilmirəm nədəndir, elə toylar var ki, adama ağırlıq, sıxıntı gətirir, qəlbinə qüssə yığır, durub qaçmaq istəyirsən
İtirdiyin Dostu səndən soruşacaqlar
Yuxuların həqiqətə çevriləndə - sevinə də bilərsən, kədərlənə də
Topların atəşi bir əldən çıxmaz
Gözlərinin Nuru əriyəndə bir gün şam kimi sönəcəksən
Bir anlıq ayaq saxla - dilənən və qara çarşablı qadın sənin Anan deyil ki?..
Hər canlının öz yolu, öz qisməti, öz çörəyi var, qarşısını kəsə bilməzsən
Ölüm hər qapıya bir cür gəlir...
Zəhərli sözləri dilinin altındakı qənd də şirin etməyəcək
DƏdƏm qonşusuyla deyib-gülərdi: "Sən elə tərs-məssəb adamsan ki, hər şeyin tərsinədir, pul verəndə canın çıxır, danışanda da pulun..."
Rahat vaxtlarında buraxdığın səhvlər bərk ayaqda, çətin anlarında sənin əleyhinə silah kimi işlədiləcək, sən bunun fərqindəsənmi?
Sözün keçir deyin, elə pislik etməlisən?!.
Dualarının eşidilməsi üçün əməlin düz olmalıdır
Yorğanın altından çıxan ayaqları dartıb yığmaqla gizlətmək olmaz
Sənin əlinlə evinə bir qismət çörək aparanın - sənin arxanca ya alqışı, ya da bir qarğışı var
Müsbət və mənfi insan söhbəti - ədəbiyyatın qondarması və boş cəfəngiyyatdır. Hər insanın içində müsbət və mənfi çalarlar çoxdur. İnsan qəlbi təzadlarla doludur: şəraitə baxır və zamanında üzə çıxır
Sənə olan tərifi baxır kim söyləyir
Hər hürən it qapını qorumaq üçün deyil...
Çəpərdən boylanan qonşu düz əməl sahibi olmaz
Qapını açdılarsa, ağzında dayanma
KƏdƏr və ehtiyac adamın boynunu əyər, imkan və vƏzifƏ isə şux və tox göstərər
Hər əldə bir çirk var, hər baxışda bir nəfs
Anam deyərdi ki, kəsiyin çörəyini kəsməzlər, bala...
Ən yaxın və ən isti münasibətlərdə belə qızışıb çox dərinə getmə, bunun geriyə qayıtmağı da olacaq bir gün
Səni aparan yollar səni geriyə qaytaracaqmı?
Baxışlar və zövqlər fərdi olur və heç vaxt üst-üstə düşmür. Başqasına da təlqin etmə!
HƏyƏcan və TƏlƏskƏnlik məğlubiyyətə rəvac verər, şərik olar
Üzünün əvəzinə bığını qırxacaqsansa, özünü güldürəcəksən!?.
Sözünün mabədini gətirə bilməyəcəksənsə, özünün də arxanı qoruya bilməyəcəksən...
Qarşındakının nə düşündüyünü dərk edib qiymətləndirirsənsə, mübarizə və qələbə asan olacaq
Nənəm ölə bilməyən, ağır can verən insanı görəndə deyərdi ki, zalımın balasının dalında çox qarğış var deyən, belə zillət çəkir...
Başqasını duyğulandıra bilmək böyük bacarıqdır
Gözləmə ki, bağlı pəncərəni sənin əvəzinə gəlib açan olacaq
Özünü endirib bir də qaldırmağın nə mənası var?
Ayağının altında tapdaladığın hansısa bir canlı ürəyin üstündədir
Min ilin qazancını bircə anın içində itirmək olar...
At üstündə dualar gecdir, yerdəykən tədbirini qıl
Bu dünyada nə rahat həyat var, nə də rahat insan
Gördüyün yuxular sənə həm də "mesajdır".
Haqqın dərgahından haqqın olanda danış!..
İnamsızlar hər yerə şübhə toxumu səpər
Kərənti görən biçənəyin damarı da qaçar, rəngi də
Düyünlü, qırdınlı odunu yarmaq asandır, nəinki, çətin, tərs-məssəb adamı başa salmaq
Döngəni dönəndə yada salmazlar
Sən özünü, öz canını gəzdirmirsən ki?! Bir quru can götürüb aparmağa nə var?
Bütün nəsləri və naqislikləri insan özü gətirib dünyaya
QƏbahƏtlƏ xƏyanƏtin fərqi çoxdur
Elə münasibətlər var ki, üstünə çox getməsən-yaxşıdır
Vaxtından tez banlayan beÇƏnin başını kəsərlər...
"Qalibiyyət"ini gözə soxub "alver" etməyin nə mənası?!.
Yetişməyin vədəsi gələndə yetişmək faydalıdır
İnam və ümid qırılanda ayaq yeriməz, dil açılmaz
Yolun da qibləsi var, başlayacağın işin də
İntizar üzücü olar
Nə yaxşı ki, qulağının dalını görə bilmirsən...
Qabar təkcə əllərdə olmur, insan qəlbində görünməyən o qədər qabarlar var ki...
Yeriyəndə qıvrıxan adam şübhə toxumu səpər
Elə odlan ki, səni söndürə bilən olsun
Hələ bilmək olmaz ki, özünü ağıllı göstərmək sənə fayda verəcək, ya yox
Qərib yolçu tez bilinər...
HƏsrƏtin sarıdan başqa rəngi yoxdur
Məclisdə çox məsləhət verib özünü yorma, başqasını da bezdirmə
Hər qələbəni hər yerdə qol gücünə qazanmaq olmaz...
Dağın dərəsi olmasa, yelini kim çəkər?!
Axırı vay olan Var - kimə gərəkdir!?.