Azərbaycan prezidenti İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov –
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsinin üzvləri Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fazil Məmmədov – Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri Aydın Əliyev - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Firudin Nəbiyev - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.