Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri, ikicildlik “Dünya dramaturgiyası antologiyası” işıq üzü görüb.
Mərkəzdən 525.az-a verilən məlumata görə, ikicildlikdə müxtəlif dövr və cərəyanları təmsil edən dünya şöhrətli dramaturqların seçmə pyesləri yer alıb.
“Skapenin kələkləri” adlanan I cildi dilimizə Xalq yazıçısı Elçin, “Lanqustun gülüşü” adlanan II cildi yazıçı-tərcüməçilər Yaşar və Saday Budaqlı çevirib.