ABŞ Suriyada yeni təhlükəsizlik zonaları üzrə Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Brayan Huk bildirib.
“ABŞ-ın hazırkı administrasiyasının ilk günlərindən Suriyada təhlükəsizlik zonaları yaratmışıq... Ümumilikdə onlar hələ də fəaliyətdədir”, - deyə Huk Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu zonalardan biri Suriyanın cənub-qərbində iyulda yaradılıb: “Biz digər zonalar üzrə əməkdaşlıq etməyə ümid edirik”.