Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı bir nəfər saxlanılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Məlumata əsasən, saxlanılan şəxs Gürcüstan vətəndaşı deyil. O, terror təşkilatının üzvüdür. Digər terrorçunun yaxalanması istiqamətində tədbirlər görülür.