https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

Prosineçki: “Neçə illərdir deyirəm ki, nələrisə dəyişmək lazımdır”

Prosineçki: “Neçə illərdir deyirəm ki, nələrisə dəyişmək lazımdır”
“Zaqrebə bir neçə günlük gəlmişəm, yenə Bakıya qayıdacam. Bir də dekabrın 17-də Xorvatiyada olacam”.

Apasport.az saytı xəbər verir ki, bu sözləri millimizlə müqaviləsinin müddəti gələn ay başa çatacaq Robert Prosineçki deyib.
 
Ölkəsinin mətbuatına açıqlama verən xorvatiyalı çalışdırıcı gələcək karyerası haqda danışıb.
 
Bosniya və Herseqovina yığmasında Mehmed Bajdareviçin gedişindən sonra boş qalmış baş məşqçi postuna gətiriləcəyi deyilən Prosineçki bu təklifi qəbul etməyə hazır olduğunu bildirib. Hazırda Zaqrebdə olan 48 yaşlı çalışdırıcı həm bosniyalılardan, həm də bir müddət öncə adının birgə çəkildiyi Sloveniya millisindən zəng gözlədiyini deyib: “Gözləmə mövqeyi tutmuşam. Məni Lyublyana, yoxsa Sarayevoya danışığa çağıracaqlarını maraqla gözləyirəm. Bosniya və Herseqovina yığması yaxşı komandadı, heyətində əla futbolçular yer alıb. Onlarla yaxşı nəticəyə imza atmaq olar. Bosniyanın yeni baş məşqçisinin mən olub-olmayacağımı bilmək istəyirəm”.
 
Prosineçki söhbət əsnasında Xorvatiya futbolunun daha da inkişaf etməsi üçün dəyişikliklərin labüd olduğunu qeyd edib: “Neçə illərdi deyirəm ki, bizim futbolda nələrisə dəyişmək lazımdı. Federasiyanın rəhbəri Şuker olduğu üçün ilk növbədə, o, hərtərəfli çalışmalıdı”.
 
Qeyd edək ki, bosniyalılarla müqayisədə, Sloveniya Futbol Assosiasiyasının baş məşqçi postuna Prosineçkini gətirmək fikrində olmadığı bildirilir.


Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.