https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
search
28 Mart 2024

“İnter” Bakıya gətirəcəyi heyəti açıqladı

“İnter” Bakıya gətirəcəyi heyəti açıqladı

Sabah Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq İtaliya “İnter”inin Bakıya gətirəcəyi heyəti məlum olub.

525.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi  Andrea Stramaccioni aşağıdakı futbolçuları ölkəmizə gətirir:

Qapıçılar: 1. Samir Handanoviç, 12. Luka Kastellazzi, 27. Vid Beleç;

Müdafiəçilər: 6. Matias Silvestre, 23. Andrea Ranokkia, 40. Xuan Xesus, 42. Conatan, 44. Matteo Biançetti, 55. Yuto Nagatomo;

Yarımmüdafiəçilər: 14. Fredi Quarin, 16. Qabi Mudingayi, 19. Esteban Kambiasso, 20. Joel Obi, 21. Valter Qarqano, 24. Marko Benassi, 31. Alvaro Pereyra;

Hücumçular: 7. Koutinyo, 49. Covanni Terrani, 88. Marko Livaya, 61. Luka Qarritano.


Qeyd edək ki, Bakıya gələcək heyətdə "İnter"in ulduz futbolçuları - Havyer Zanetti, Antonio Kassano, Valter Samuel və Dieqo Milioto kimi ulduzlar yer alımayıb. Bundan başqa, zədəsi səbəbindən Uesli Sneyder də Bakıdakı oyunda olmayacaq. Baş məşqçi zədəsini təzəcə sağaldan argentinalı Palasioya da istirahət verib.

"İnter"in ulduzlarının Bakıya gətirilməməsinin səbəbi onların bu həftənin bazar günü "Milan"la A seriyasında keçiriləcək derbi matçı ilə əlaqədardlr.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.