İsveçrə parlamenti ölkənin yeni prezidentini seçib.
APA-nın “swissinfo.ch” saytına istinadən verdiyi xəbərə görə, bu posta İsveçrənin hazırkı daxili işlər naziri Alan Berse seçilib.
Səsvermədə iştirak edən deputatlardan 190 nəfəri A.Berseni dəstəkləyib. O, 1 yanvar 2018-ci ildən etibarən prezident səlahiyyətlərinin icrasına başlayacaq.
İsveçrədə prezident Nazirlər Kabinetinin – Federal Şuranın tərkibindən 1 il müddətinə seçilir.