https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Yusif Həsənbəy dəst-xətti: "Can sağlığının sorağında"
https://525.az/img/pics/medium/2023-05/269387_2n0h6e11dm.jpg Dayanan zaman - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-04/310997_ohb5q239fl.jpg "Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin inkişafına möhtəşəm dəstəkdir"
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
23 Aprel 2024

“Qızıl Top” mükafatının sahibi müəyyənləşdi

“Qızıl Top” mükafatının sahibi müəyyənləşdi
Fransanın “France Football" jurnalı 2017-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, nüfuzlu media orqanı ilin yekunlarına əsasən, "Qızıl top"u Kristiano Ronaldoya verib.
 
İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.
 
Bu, Ronaldonun karyerası ərzində qazandığı beşinci “Qızıl top”dur. O, daha öncə 2008, 2013, 2014 və 2016-cı illərdə belə uğura imza atmışdı.
 
Portuqaliyalı ulduz 1956-cı ildən təqdim edilən “Qızıl top”ların sayına görə Messiyə çatıb. Onlardan sonra bu mükafatı ən çox 3 dəfə Mişel Platini, Yohan Kroyf və Marko Van Basten qazanıb.
 
Qeyd edək ki, sonuncu dəfə 2007-ci ildə braziliyalı Kakanın uğurundan sonra son 10 ildə “Qızıl Top”u Messi və Ronaldodan başqa heç bir oyunçu qazanmayıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.