Dekabrın 9-da "Kitabevim.az" mağazasında yazıçı Əjdər Olun oxucularla görüşü keçirilib.
Görüşdə tanınmış ziyalılar, yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.
Əjdər Ol "ATV kitab" və "Hədəf" Nəşrlərinin birgə layihəsi olan "Çağdaş nəsrin ustaları" seriyasında çap edilmiş "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" kitabını görüş iştirakçıları üçün imzalayıb.
Tədbirdə şair Musa Yaqub, sözügedən layihənin rəhbəri şair Səlim Babullaoğlu, "Hədəf" Nəşrlərinin direktoru, yazıçı Şəmil Sadiq, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli və başqaları çıxış edib, Əjdər Olun yaradıcılığı, yeni işıq üzü görmüş "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" barədə fikirlərini bölüşüblər.
Əjdər Ol yeni kitabı barədə danışıb, ədəbiyyat, bədii yaradıcılıq, portret hekayə janrı və digər məsələlər haqqında fikirlərini bölüşüb, sualları cavablandırıb.
Şahanə MÜŞFİQ