|
|
|
|
Bakıda Azərbaycan və Rusiya arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.
MN-dən APA-ya verilən məlumata görə, iki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.