https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Azərbaycan Avropa Liqasında oynamaqdan imtina etdi

Azərbaycan Avropa Liqasında oynamaqdan imtina etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, Voleybol Federasiyası bu il sonuncu yeri tutan Fərid Cəlalovun yetirmələrinin yarışda iştirakını məqsədəuyğun saymayıb.

Nəticədə yeni ildə baş tutacaq yarışın Qızıl Liqasında 12, Gümüş Liqasında 8 yığma mübarizə aparacaq. Bu il yarışın mükafat məbləği də rekord həddədi - 413 min avro. Həm kişilərin, həm də qadınların yarışında çempion olacaq yığma 125 min avro qazanacaq.

Artıq kişi komandaların da qrupları müəyyənləşib:

Qızıl Avropa Liqası

A qrupu: Belçika, Estoniya, Slovakiya, İsveç

B qrupu: Sloveniya, Hollandiya, Türkiyə, Ukrayna

C qrupu: Finlandiya, Çexiya, Portuqaliya, İspaniya

Gümüş Avropa Liqası

A qrupu: Makedoniya, Latviya, Avstriya, Kosovo

B qrupu: Belarus, Xorvatiya, Macarıstan, Albaniya

Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında gücünü yoxlayacaq. Komandamız Bolqarıstan, Ukrayna və Portuqaliya ilə A qrupunda oynayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.