|
|
|
|
Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.
Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi.
“Aİ Rusiyaya qarşı sanksiyaların uzadılmasını yekdilliklə dəstəkləyir”, - deyə D.Tusk “Twitter” hesabında qeyd edib.
Məlumata görə, qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək. Ukraynadakı münaqişə fonunda 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq.