|
|
|
|
Üzeyir Hacıbəylinin ev-muzeyində Bakı Musiqi Akademiyasının doktorantı Günel Zeynallının və muzeyin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkar İttifaqının katibi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda Əməkdar İncəsənət Xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova Sərdar Fərəcovun yaradıcılığından geniş söz açıb.
Sonra professorlar İmruz Əfəndiyeva, Gülnaz Abdullazadə, Leyla Məmmədova, Həcər Babayeva, Akif Quliyev, BMA-nın doktorantı Günel Zeynallı, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy və Azərbaycan Milli Konservatoriyasının məzunu Zəhra Hüseynova çıxış edərək Sərdar Fərəcovun yaradıcılığından, onun musiqi sahəsində fəaliyyətindən danışıblar. Ömrünün altmışıncı payızını yaşayan sənətkarın bahar təravətli əsərlərinin könülləri fəth etdiyini söyləyiblər.
S.Fərəcovun “Koroğlu freskosu”, “Sübh duası”, “Oda alqış” simli kvarteti və “Zərif vals” əsərləri səsləndirilib.
Sonda yubilyar yaradıcılıq planlarından danışıb, tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Şahanə MÜŞFİQ