https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
search
19 Aprel 2024
18 Aprel 2024

Alvaro Silva: “Xəzər Lənkəran” Avroliqaya köklənib”

Alvaro Silva: “Xəzər Lənkəran” Avroliqaya köklənib”

“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva İspaniya mətbuatına müsahibə verib. Qol.Az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi komandası və Azərbaycan haqda danışıb.Müsahibəni ixtisarla təqdim edirik.

- “Xəzər Lənkəran”da işlərin necə gedir?

- Əsas odur ki, komandaya uyğunlaşmışam. Orada Premyer Liqanın səviyyəsi İspaniyada ikinci divizionun səviyyəsindən də aşağıdır. Amma komandalar əcnəbi futbolçular hesabına rəqabəti gücləndirirlər. Azərbaycanda pul çoxdur. Təsadüfi deyil ki, Madrid “Atletiko”suna bu ölkə sponsorluq edir. Azərbaycanda ötən il “Eurovision” mahnı yarışması keçirilib.

- Con Toşakın “Xəzər Lənkəran”a baş məşqçi təyin olunmasına münasibətin necədir?

- “Xəzər Lənkəran” Azərbaycanın üç ən güclü komandasında biri olsa da, son mövsümdə uğursuz çıxış etdi. Yeddinci-səkkizinci qərarlaşan zaman bizə xarakterli, şəxsiyyəti güclü olan məşqçi lazım idi. Onun gəlişindən sonra komandamızda nizam-intizam xeyli dərəcədə gücləndi.

- Kubokun finalına vəsiqə qazansanız da, uduzdunuz və mövsümü mükafatsız başa vurdunuz.

- Heyf ki, belədir. Penaltilər seriyasında uduzmaq yaxşı hal deyil. Çempionluğu təmin edən “Neftçi” kuboka da sahib oldu. Biz isə Avropa Liqasına birinci mərhələdən başlayacağıq. İlk oyunumuz iyulda olacaq. İndi biz Avroliqaya köklənmişik.
İyunun 19-da Almaniyaya, Münhenə gedəcəyik və avrokuboka hazırlığı da orada davam etdirəcəyik.

- Azərbaycanda yaşamaq çətin deyil ki?

- Çətinlik odur ki, son iki ay yarımı həyat yoldaşım və uşağım mənimlə birgə olmadı. Amma nə etmək olar. Bəzən, soyuqbaşla qərar vermək lazımdır. İspaniyada böhrandır.

- Sizin “Xəzər Lənkəran”la hələ daha bir illik müqaviləniz var?

- Bəli. Mən orada xoşbəxtəm.

- Azərbaycanda ispaniyalı futbolçular çoxdur?

- Bizim komandada mənimlə Toni Doblas çıxış edir. “Bakı”da bir vaxtlar “Numansiya”da da top qovmuş Mario oynayır. AZAL-da da bir ispan çıxış edir.

- Azərbaycanda həyat necədir?

- Orada durum fərqlidir. Əhalinin 90 faizini müsəlmanlar təşkil edir. Adət-ənənə başqadır. Amma əgər psixoloji cəhətdən uyğunlaşa bilsən, problem olmayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.