https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

Arda Turanın “Başakşəhər”ə keçidi rəsmiləşdi

Arda Turanın “Başakşəhər”ə keçidi rəsmiləşdi

Arda Turanın “Başakşəhər”ə keçidi rəsmiləşib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 31 yaşlı futbolçunun təqdimat mərasimi təşkil edilib. 

Klub prezidenti Göksəl Gümüşdağ və sponsorların qatıldığı tədbirdə Türkiyə millisinin üzvü 2,5 illik müqaviləyə qol çəkib. “Barselona”dan icarəyə götürülən Ardanın cari mövsümün ikinci dövrəsindəki məvacibi 2 milyon avro olacaq. 

Onun növbəti iki ildə illik maaşı isə 4 milyon avro təşkil edəcək. Anlaşmaya əsasən, “Barselona” gələn il futbolçunu başqa kluba satarsa, transfer haqqının 20 faizi “Başakşəhər”ə veriləcək. İstanbul təmsilçisi Türkiyə çempionu olacağı təqdirdə isə ispanlara 300 min avro bonus ödəyəcəklər. Yeni transfer “Başakşəhər”də 14 nömrəli forma altında çıxış edəcək. 

Təqdimat mərasimində çıxış edən ulduz futbolçu xoşbəxt olduğunu bildirib: “Arzuladığım çempionluqları əldə etdim. İndiki müqavilə mənə “Atletiko”ya getdiyim günləri xatırlatdı. Yenidən futbol oynayacağım üçün çox həyəcanlıyam. Çempionluğa ən real namizədlərdən biri olduğumuzu düşünürəm. “Başakşəhər”lə birlikdə yenidən avrokuboklarda iştirak etmək istəyirəm”. 

Qeyd edək ki, Arda Turan “Barselona”ya 2015-ci ildə “Atletiko”dan keçmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.