|
|
|
|
İngiltərə mətbuatı Antalyaya tətilə gələn 9 yaşlı ingilis uşağı Emili Harrisin oyuncaq pasportla Türkiyəyə getdiyi yazıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Antalya Hava limanı Mülki İdarə zabiti Mehmet Yavuz bütün dünyanın danışdığı məsələyə belə münasibət bildirib: "Məmur yoldaşımız əsl pasportuyla birliktə, sevindirmək üçün uşağın oyuncaq pasportuna da möhür vurmuş ola bilir" - dedi.
M.Yavuz yazılanların düzgün olmadığını, uşağın gerçək pasportla ölkəyə girdiyini sübut edən kamera görüntülərinin olduğunu bildirib. O, bir qonağın başqa bir ölkəyə getməsi üçün öz ölkəsi və gedəcəyi ölkələrdə giriş-çıxış etməklə bir dəfə deyil, tam 4 dəfə yoxlamadan keçdiyini hatırladıb. "Bizdə Emili Harrisin pasport qeydləri var"- deye əlavə edib.