https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

“Lans” Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən açıqladı

“Lans” Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən açıqladı
Fransanın “Lans” klubu azərbaycanlı iş adamı Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən bəyan edib. Lent.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında yerləşdirilmiş kommunikedə bildirilir.
 
Qeyd olunur ki, “Lans”ın baş sponsoru “Kredit Agricole Nord de Franse” klubun yenilənməsi barədə tender şərtlərini öyrənib. Bundan sonra “Lans”ın prezidenti Jerve Martel və investor tərəfdaş Hafiz Məmmədovla eksklüziv danışıqlara başlanılması qərara alınıb.
 
Qeyd edək ki, Hafiz Məmmədov “Baghlan Group” şirkətinin sahibi və “Bakı” klubunun prezidentidir. Onun təşəbbüsü ilə İspaniya “Atletiko”su ilə də əməkdaşlıq müqaviləsi bağlanılıb. “Lans” klubu 1906-cı ildə təsis olunub. Hazırda Fransanın 2-ci liqasında çıxış edən klub 1997-1998-ci il mövsümündə ölkə çempionu olub. Bu komanda 4 dəfə çempionatın gümüş, 2 dəfə bürünc medalını, Liqa Kubokunu və UEFA İntertoto Kubokunu qazanıb
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.