Bu gecə saat 3:30 radələrində Yasamal rayonu, Çingiz Mustafayev küçəsində "Volksvagen-Passat" markalı avtomaşın alışaraq yanıb.
525.az-ın xəbərinə görə, maşın məlum olmayan səbəblərdən yanmağa başlayıb. Partlayış səsinə sakinlər küçəyə çıxıblar. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə gələrək yanğını söndürüblər.