../img/pics/medium/116449_2x07dz5rd7.jpg Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək
../img/pics/medium/116409_n9f8jpour2.jpg Sirli təbiətin yazıçı və rəssam oğlu Ernest Seton-Tompson
../img/pics/medium/116401_v73zo6ixyu.jpg Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı
../img/pics/medium/116397_3ga49evwcp.jpg Realist mütəfəkkirin romantik estetikası haqqında yeni söz
SON XƏBƏRLƏR
14 Avqust 2018
13 Avqust 2018
12 Avqust 2018

Molla Pənah Vaqif irsinə layiq biblioqrafik nəşr

Molla Pənah Vaqif irsinə layiq biblioqrafik nəşr<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair, mütəfəkkir, ictimai-siyasi xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam oldu.
 
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamda deyilir: "Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə, həmçinin, siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir".

Gözəl şeir öz təravətini heç bir zaman itirmir. Əsrlər keçdikcə, nəsillər bir-birini əvəz etdikcə, əsl sənət əsəri olan şeirlər həmişə dillərdə əzbər olur, ürəklərə yol tapır və yaşadıqca yaşayır. Əsrlərin sınağından keçib unudulmayan, heç vaxt yaddan çıxmayan belə əsərlər klassik irsimizin ən gözəl nümunələrindəndir. Öz təravətini itirməyən, əsrlərcə yaşayan klassik şerimizin ölməz nümunələrini yaratmış belə sənətkarlardan biri də 300 illiyini sevə-sevə qeyd etdiyimiz sənətkarlardan biri Molla Pənah Vaqifdir. Şairin yubileyi çərçivəsində ölkədə və xaricdə böyük tədbirlər planı hazırlanıb və həyata keçirilib.

Bu baxımdan ölkəmizin kitabxana-informasiya mühitinin əsas aktoru olan Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladıgı "Molla Pənah Vaqif" adlı biblioqrafik göstərici və məlumat bazası yalnız şairin irsinin deyil, bütövlükdə xalqımızın ictimai-ədəbi fikir xəzinəsinin informasiya təminatını zənginləşdirən qiymətli biblioqrafik abidə hesab oluna bilər. Burada XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyası fəaliyyəti haqqında informasiya resursları toplanmışdır.

Göstəricinin tərtibçi-müəllifləri Mədinə Vəliyeva, Mətanət İbrahimova, Gülbahar Misirova, elmi redaktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru Gülbəniz Səfərəliyevadır.           Göstərici M.P.Vaqif haqqında tərtibi olunmuş ilk fundamental biblioqrafiyadır. Biblioqrafik göstərici şairin ədəbi və ictimai fəaliyyətini əks etdirən 1856-2017-ci illərdə dərc olunmuş materialları əhatə edir.

Biblioqrafiyalaşdırmanın metodikasına əsasən ədəbiyyatın sistemləşdirilməsinə uyğun olaraq "Molla Pənah Vaqif" biblioqrafik vəsaitində materiallar beş əsas hissədə qruplaşdırılmışdır. Vəsaitin I hissəsi - Əsərləri; II hissə - Həyat və yaradıcılıgı haqqında; III hissə - Rus dilində; IV hissə - Digər dillərdə, V hissəsi - Köməkçi göstəricilər adlanır.

Vəsaitdə bölmələr və yarımbölmələrdə materiallar xronoloji prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılmışdır.Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə sonda köməkçi göstəricilər tərtib olunmuşdur.

Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi ücün nəzərdə tutulmuşdur.

Bu göstərici şairin əsərləri və haqqında olan mənbələrin bibliometrik tədqiqini həyata keçirən və biblioqrafik cəhətdən modelini yaradan universal xarakterli məlumat kitabıdır.

Göstəriciyə görkəmli filoloq, akademik Nizami Cəfərov "Xalqın böyük şairi" adlı elmi, faktoloji və informasiya baxımından diqqəti cəlb edən geniş giriş məqaləsi yazmışdır. Bu zəngin elmi-informativ məqalədə bütövlükdə Molla Pənah Vaqifin portretinin əsas cizgiləri haqqında dolğun təsəvvür yaradılmış, sevimli şair haqqında yüksək professionallıqla və səmimiyyətlə ətraflı söhbət açılmışdır. Bu giriş məqaləsinə əsasən biz M.P.Vaqifin həyat və yaradıcılığının mühüm məqamlarını, xüsusiyyətlərini öyrənirik. Məqalədə müəllif M.P.Vaqifin təhsili, həyat və fəaliyyətini geniş şəkildə, faktiki məlumatlar və nümunələrlə işıqlandırmışdır.

Giriş məqaləsində göstərilir ki, Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Şairin əsl adı Pənah, atasının adı isə Mehdi ağadır. XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş və orta əsrlər ənənələri ruhunda, yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. M.P.Vaqif yaxşı təhsil görmüş, Qazaxda tanınmış alim və pedaqoq Şəfi əfəndinin yanında oxumuşdu. O, təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda mədrəsədə dərs demiş və burada da Molla Pənah adını almış və xalq arasında bu adla tanınmışdır.

Çox keçmir ki, Gürcüstan sərhədində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Bu zaman Vaqifin də ailəsi Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır və müəllimliklə məşğul olur. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür, məktəb açır, şəhər sakinlərinin hörmətini qazanır. Həm gözəl müəllim, savadlı alim, həm də istedadlı şair olaraq tanınmağa başlayır və şöhrətlənir. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edir. Vaqif az müddət ərzində öz ağıl və istedadı ilə böyük nüfuz qazanır, xanlığın bütün daxili və xarici işlərini öz əlinə alır və təxminən 27 il müddətində sarayın ən mötəbər adamlarından biri kimi şöhrəti daha da artır.

Aydındır ki, Vaqif ömrünün axırına qədər sarayda yaşayır. O, əvvəlcə eşik ağası, yəni daxili işlər naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərir. Özünün yüksək elmi biliyi, savadı ilə burada da hamının rəğbətini qazanır. Vaqifin zəngin kitabxanası olduğundan, daim öz üzərində çalışır, biliyini artırırdı. Şəhər əyanları və ziyalıları arasında sayılıb-seçilməsi onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif adını doğrultduğunu göstərir.

Bütün həyatını xalqa, vətənə xidmət işinə sərf etmiş, xalqıyla yaxından bağlı bir yaradıcılığa malik şairin həyat yolu faciə ilə bitir. Belə ki, 1797-ci ildə Şuşa qalasını işğal edən Qacar Vaqifi də zindana saldırır. Lakin Vaqif, Qacarın öldürülməsi ilə əlaqədar olaraq həbsdən qurtarır. Bu münasibətlə yazılan "Ey Vidadi, gərdişi-dövrani-gəc rəftarə bax" misrası ilə başlayan qəzəlində şair bu məsələyə toxunmuşdur.

Ağa Məhəmməd şah Qacarın məğlubiyyətindən sonra İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir xanlığı öz əlinə alır. Təzə Qarabağ xanı əmisinin bütün yaxın adamları kimi Vaqifə də pis münasibət bəsləyir və onu öldürmək üçün bəhanə axtarır. Bu zaman Vaqifin vəziyyəti daha da ağırlaşır. Nəhayət, Vaqif İbrahim xanın arxasınca qasid göndərib yazdığı məktubda xandan tez qayıtmasını xahiş edir. Lakin məktubu aparan qasid tutulur və Vaqifin xana yazdığı həmin məktub ələ keçir. Məhəmməd bəy Cavanşir 1797-ci ildə şairi oğlu Əliağa ilə birlikdə Şuşa şəhərində öldürtdürür.

Vaqif edam edildikdən sonra onun evi talan olunur, əlyazmaları yandırılır. Bütün bunlar Vaqif irsinin orijinalda bizə qədər gəlib çatmamasına səbəb olur. Talan zamanı şairin əsərlərinin çox hissəsi itib-batmış, divan və əlyazmaları məhv edilmişdir. Ona görə də "Divan"ı da bu səbəbdən bizə gəlib çatmamışdır. Lakin xalq sevimli şairinin şeirlərini hafizələrində yaşatmış, müxtəlif vasitələrlə Vaqifin əsərlərinin müəyyən qismini mühafizə etməyə müvəffəq ola bilmişdir. Vaqif yaradıcılığının hafizələrdə qalan nümunələri bizə çata bilmişdir. Onları nəşr etdirmək heç də asan bir iş deyildi. İlk dəfə bu işi Mirzə Yusif Nersesov görür. Daha sonra M.F.Axundov zəngin material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir və o da 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Onu da deyək ki, inqilabdan sonrakı dövrdə Vaqifin əsərlərinin toplanması və nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olmuşdur.

Molla Pənah Vaqif Şərq şeirinin bütün vəznlərini yaxşı bilən, doğma dilində, xalqının ruhunu və zövqünü oxşaya biləcək səpkidə yazıb-yaratmağı üstün tutan bir şair olub.

Bu biblioqrafik məlumat kitabında ilk bölmə "Molla Pənah Vaqifin həyat və yaradıcılığının əsas tarixləri" adlanır. Bölmədə Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında bioqrafik məlumatlar xronoloji ardıcılıqla verilmişdir. "Əsərləri" adlı 2-ci bölmədə şairin 1856-2017-ci illərdə çapdan çıxmış 203 adda kitabı haqqında biblioqrafik məlumat verir. Biblioqrafik məlumat kitabının bu hissəsində kitablarda, dövri mətbuatda, dərsliklərdə və məcmuələrdə dərc olunmuş əsərləri haqqında biblioqrafik məlumatlar xronoloji ardıcıllıqla öz əksini tapmışdır.

Göstəricinin 2-ci bölməsi "Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında" adlanır. Bölmə "Kitablar", "Dissertasiyalar və avtoreferatlar", "Dövri mətbuatda və məcmuələrdə dərc olunmuş məqalələr", "Molla Pənah Vaqif bədii ədəbiyyatda və incəsənətdə", "Elektron resurslar" adlı yarımbölmələri özündə ehtiva edir.  Bütövlükdə, bu bölmədə  1519 adda kitab və məqalənin biblioqrafik təsviri öz əksini tapıb.

Biblioqrafik məlumat kitabının "Dissertasiyalar və avtoreferatlar" yarımbölməsində böyük şairin haqqında yazılmış və geniş məlumatlar verilmiş 13 adda dissertasiya da öz ardıcıllığı ilə əks olunub.

3-cü bölmə "Əsərləri. Rus dilində" adlanır. Bu bölmədə 8 kitab, 487 adda məqalə haqqında biblioqrafik məlumat verilib.

"Digər dillərdə" adlı 4-cü bölmədən məlum olur ki, Molla Pənah Vaqif haqqında müxtəlif dillərdə nəşr olunmuş 61 adda məqalə və şeirləri haqqında biblioqrafik məlumatlar mövcuddur.

Bu biblioqrafik məlumat kitabı yalnız əsas mətndə verilmiş biblioqrafik informasiyalarla məhdudlaşdırılmamış, onun müəllifləri müxtəlif sorğulara operativ cavab vermək üçün zəngin "Köməkçi göstəricilər" yaratmağa müvəffəq olmuşdur. Burada bölmə və yarımbölmələrə müvafiq Azərbaycan və rus dillərində 22 adda köməkçi göstərici tərtib olunub. Bu da vəsaitdən istifadəni xeyli dərəcədə asanlaşdırır. Bu mənbənin biblioqrafik təhlili zamanı görürük ki, şairin həyat və yaradıcılığı həmişə elmi mühitin diqqət mərkəzində olmuş, dəfələrlə elmi tədqiqat işlərinin obyektini təşkil etmişdir. Kitabın sonunda verilmiş "Müəlliflərin əlifba göstəricisi"nə nəzər saldıqda ədib haqqında ən çox yazıb yaradan müəllifləri müəyyən etmək olar. Belə ki, Molla Pənah Vaqif irsi haqqında müxtəlif dövrlərdə məqalə yazmaq üzrə reytinq sıralamasına görə H. Araslı (87 məqalə), N.Cəfərov (28 məqalə), A.Dadaşzadə (21 məqalə) ilk üçlükdədir.

Ümumilikdə, biblioqrafik göstəricidə 2278 adda biblioqrafik məlumat öz əksini tapmışdır.

Ümumiyyətlə, biblioqrafik göstəricinin arxitekturası həm böyük şairin irsini əhatə və təqdim etmək baxımından, eyni zamanda, Molla Pənah Vaqifin əsərləri və ona həsr olunmuş mənbələrin bibliometrik təhlili üçün imkanlar yaradan geniş tutumlu informasiya resursudur.

2017-ci ildə noyabrın 4-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzda XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş "Molla Pənah Vaqif", Azərbaycan Milli Kitabxanasının hazırladığı "Molla Pənah Vaqif. Biblioqrafiya" və TÜRKSOY-un 12 dildə çap etdirdiyi "Dünya dillərində Molla Pənah Vaqif şeirləri" kitablarının təqdimatı olub. Məlumat verilib ki, təqdim olunan kitablar görkəmli Azərbaycan şairinin 300 illiyi münasibətilə çap olunub. Mərasimdə rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, diplomatlar, elm və mədəniyyət adamları, tanınmış ədəbiyyatçılar, azərbaycanlı tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə Milli kitabxananın böyük şairə həsr etdiyi biblioqrafik məlumat kitabı və eyniadlı məlumat bazasının təqdimatı xalqımızın görkəmli şairə ehtiramı və həm də biblioqrafiya mədəniyyətimizin təbliği sahəsində mühüm hadisədir.

Nadir İSMAYILOV
BDU Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Vəzufə XUDİYEVA
BDU Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı


 
Bölmənin digər xəbərləri
Milli komandanın baş məşqçisindən Mehriban Əliyevaya təşəkkür Milli komandanın baş məşqçisindən Mehriban Əliyevaya təşəkkür
Azərbaycanda gimnastikanın inkişafı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır....
10.08.18
Arda Turanın forma nömrəsi Koutinyoya verildi Arda Turanın forma nömrəsi Koutinyoya verildi
"Barselona"nın yarımmüdafiəçisi Koutinyo forma nömrəsini dəyişib. ...
09.08.18
"Qarabağ" BATE-yə uduzdu
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib. ...
07.08.18
Kaka “Milan”a qayıdır Kaka “Milan”a qayıdır
Braziliya millisinin sabiq üzvü Kaka yenidən “Milan”a qayıdır. ...
07.08.18
Ronaldo və Neymar onun rəmzi yığmasından kənarda qaldılar Ronaldo və Neymar onun rəmzi yığmasından kənarda qaldılar
Braziliya millisinin sabiq üzvü Ronaldo öz versiyasına görə, bütün zamanların rəmzi yığmasını açıqlayıb. ...
07.08.18
Dünya çempionatında ən çox azarkeşlə təmsil olunan ölkələr Dünya çempionatında ən çox azarkeşlə təmsil olunan ölkələr
Futbol üzrə dünya çempionatının keçirildiyi müddətdə Rusiyaya ən çox azarkeş Çin, ABŞ və Meksikadan gəlib....
05.08.18
Şəhriyar Məmmədyarova Beynəlxalq Şahmat Turnirinin mükafatı təqdim olundu Şəhriyar Məmmədyarova Beynəlxalq Şahmat Turnirinin mükafatı təqdim olundu
İsveçrənin Bil şəhərində iyulun 21-dən bəri davam edən Beynəlxalq Şahmat Turnirinə yekun vurulub. Bil Kongres Mərkəzində baş tutan bağlanış mərasimində qaliblərə mükafatlar təqdim olunub. ...
03.08.18
"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində
Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulub. ...
01.08.18
Ukraynalı idmançılar Azərbaycan millisindən imtina etdilər Ukraynalı idmançılar Azərbaycan millisindən imtina etdilər
“Biz artıq ölkəmizə, Ukraynaya dönmüşük. Bundan sonra Azərbaycan millisində çıxış etməyəcəyik”....
31.07.18
Neymar poker yarışında 6-cı yeri tutdu Neymar poker yarışında 6-cı yeri tutdu
Braziliya millisinin futbolçusu Neymar San-Paulu şəhərində keçirilən poker turnirində altıncı yeri tutub. ...
27.07.18
“Qarabağ” “Kukesi” ilə heç-heçə etdi “Qarabağ” “Kukesi” ilə heç-heçə etdi
Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir. ...
25.07.18
“Neftçi”dən Avroliqaya biabırçı vida “Neftçi”dən Avroliqaya biabırçı vida
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq. ...
20.07.18
“Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxıb. ...
18.07.18
FİFA reytinq siyahısını yeni metodla açıqlayacaq FİFA reytinq siyahısını yeni metodla açıqlayacaq
FİFA 2 gündən sonra milli komandaların reytinq siyahısını açıqlayacaq....
17.07.18
Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə etdi Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə etdi
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi topunu hədiyyə edib....
16.07.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.