|
|
|
|
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü qeyd olunub. Bununla bağlı Xidmətin Aparatının inzibati binasında tədbir keçiriib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. General-leytenant A.Rəhimov qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, qarşıya qoyulmuş vəzifə və tapşırıqları müvəffəqiyyətlə həyata keçirib. General-leytenant A.Rəhimov diqqətə çatdırıb ki, ölkə başçısının tələbi hər bir məmurun Azərbaycan Respublikasının vətəndaşına xidmət göstərməsindən, onların müraciətlərinə həssaslıqla yanaşılmasından, vətəndaş-məmur məmnunluğunun təmin edilməsindən ibarətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı bu tapşırıq və tövsiyələri rəhbər tutaraq bu gün xidməti fəaliyyətlərini davam etdirirlər.
Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları oxunib, dəvət olunmuş qonaqlar və xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıblar.
Tədbirdə çıxış edən qonaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından keçən 6 il ərzində böyük nailiyyətlər qazanıldığını və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini qeyd ediblər.
Tədbirin sonunda Xidmətin fəaliyyətindən bəhs edən “Qələbəyə səfərbər ol” sənədli filmi nümayiş etdirilib.