|
|
|
|
Böyük Britaniyanın Azərbaycan üzrə ticarət səfiri Baronessa Nikolson Bakıya səfər edib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, o, sabah Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının 4-cü iclasına qatılacaq.
B. Nikolsonun Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, vergilər naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşü də nəzərdə tutulur.