Ötən gündən başlayaraq şimal bölgəsinə qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb.
Rayonun qarın hündürlüyü Qırız kəndində 40 sm, Qonaqkənddə 20 sm, Qusarın Ləzə kəndində 31 sm, Xızının Altıağac qəsəbəsində 16 sm olub. Temperatur isə mənfi 7 dərəcəyədək aşağı düşüb.