Fevralın 27-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, yarmarkada kiçik sahibkarların əl işləri - suvenirlər, oyuncaqlar, ağacdan oymalar, eyni zamanda, bal məhsulları, müxtəlif növ qablaşdırma işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək.
Qeyd edək ki, yarmarka saat 12:00-dan 20.00-dək davam edəcək.
CEYHUN