|
|
|
|
Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının yubileyi münasibətilə "Əliağa Kürçaylı - 90" adlı kitab sərgisi açılıb.
Sərgidə şairin müəllifi olduğu Azərbaycan və rus dilində olan kitabları, sözlərinə yazılmış musiqilər, redaktoru olduğu, tərcümə etdiyi, ön söz yazdığı kitablar və şair haqqında ayrı-ayrı müəlliflərin yazmış olduqları kitablar, qəzet-jurnal materialları sərgilənib.
Sərginin nümayişi həftə ərzində davam edəcək.