|
|
|
|
Xalq şairi, mərhum Bəxtiyar Vahabzadənin həyat yoldaşı Dilarə Vahabzadə vəfat edib.
Bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, Dilarə Vahabzadə fevralın 22-də səhər saatlarında dünyasını dəyişib.
D. Vahabzadə ilə vida mərasimi bu gün Təzə Pir məscidində keçiriləcək və o, Yasamal qəbristanlığında dəfn olunacaq.