https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyuldu

Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyuldu

Tərtər şəhərində yeni Olimpiya İdman Kompleksinin binasının təməli qoyulub.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev iştirak edib.

Dörd hektar sahədə inşa olunacaq yeni idman kompleksinin tikintisinin 2019-cu ildə başa çatdırılması planlaşdırılıb. Tikinti sahəsi 7320 kvadratmetr, ümumi sahəsi 10792  kv.metr, yaşıllıq sahəsi 27624 kv.metr, abadlıq sahəsi isə 5057 kv.metr təşkil edəcək.
 
Əsas idman kompleksi binası 6 hissədən (blokdan) və 3 mərtəbədən ibarət olacaq. Kompleksin nəzdində universal idman zalı, üzgüçülük hovuzu, güləş zalı, boks və trenajor zalı fəaliyyət göstərəcək. Bundan başqa, 54 çarpayı yerlik 22 otaqdan ibarət mehmanxana, restoran, mətbəx, həkim otaqları və digər texniki otaqlar da yaradılacaq.
 
Tərtər Olimpiya İdman Kompleksində açıq havada futbol stadionu, mini futbol meydançası, voleybol-basketbol meydançaları da inşa ediləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.