Dünən Yevlax rayon sakini Sərxan Musayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
525.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisənin ailə-məişət münaqişəsi zəminində S.Musayevin arvadı Şəfa Əlizadə tərəfindən törədilməsi müəyyən edilib. O, Yevlax RPŞ əməkdaşları tərəfindən tutulub.