Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) yarandığı gündür.
APA-nın məlumatına görə, AzərTAc bu gün 7 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində informasiya və 5 dildə videoxəbər yayır.
Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsində yayılır.
Dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə əməkdaşlığa və xəbər mübadiləsinə dair müqavilələr imzalanıb, 21 ölkədə müxbir məntəqələri yaradılıb.