Kiyev şəhərində iki Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın məlumatına görə, saxlanılan şəxslər 1993-cü il təvəllüdlü Əbülfəz Qəniyev və Fadil Cavadovdur.
Onlar qarət, oğurluq və insanı ölümlə hədələməkdə ittiham olunurlar. Kiyev şəhərinin Obolonski rayon məhkəməsi azərbaycanlılar barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçib. Saxlanılan şəxslər ittihamla razılaşmırlar və hüquqi yardıma ehtiyacı olduqlarını bildiriblər.