"Real" TV peyk yayımına başlayıb.
APA-nın xəbərinə görə, “Real” TV bu gündən “Azərspace-1” peykində yayımlanır.
Telekanalı peyklə bərabər, tvreal.azsaytı və bəzi kabel operatorları vasitəsilə izləmək mümkündür.
Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
Telekanalın direktoru tanınmış jurnalist Mirşahin Ağayevdir.