|
|
|
|
Rusiya Xarici İşlər Nazirliyi martın 14-də Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunub-olunmamasına aydınlıq gətirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu bir sıra tərəfdaşları ilə müzakirə etdiyini söyləyib:
"Biz münaqişənin nizamlanması yollarını tərəfdaşlarımızla müzakirə edirik. Söhbət həmsədr və region ölkələrindən gedir. Bu, normal haldır və diplomatik işin bir hissəsidir".