“Seçki öncəsi mühiti bir sıra amillər səciyyələndirir. İlk növbədə, ölkədə ictimai-siyasi sabitlik mövcud olmalıdır. Sabitlik olmasa, normal seçki mühitindən danışmaq, azad, ədalətli, bərabər, şəffaf və demokratik seçki keçirmək mümkün olmaz”.
Bu sözləri “525”ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı ölkəmizdəki seçki ab-havasını dəyərləndirərkən deyib.
Azərbaycanda seçki prosesini həyata keçirən qurumların kifayət qədər təcrübəsinin olduğunu qeyd edən deputat deyib ki, ölkəmizdə prezident seçkiləri tam azad, demokratik, şəffaf şəkildə təşkil olunacaq, xalqımız fəallıqla səsvermədə iştirak edərək öz gələcəyinə səs verəcək.
Ceyhun ABASOV