“Azərbaycandakı seçki prosesini müsbət qiymətləndirirəm. Vətəndaşlara seçkilərdə iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb”.
APA-nın xəbərinə görə, bunu Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.
O bildirib ki, seçkilər ölkənin gələcəyini, xarici və daxili siyasətini müəyyənləşdirir:
“Məhz buna görə də seçkilər hər bir ölkənin gələcəyi üçün çox vacibdir. Əminəm ki, Azərbaycan seçiciləri bu seçkidə öz iradələrini nümayiş etdirəcək və doğru seçim edəcəklər”.