İspaniya Ali Məhkəməsi ölkədən qaçmış sabiq Kataloniya lideri Karles Puçdemon və onun bir neçə silahdaşının həbsinə beynəlxalq order verib.
APA-nın məlumatına görə, bu barədə “El Pais” qəzeti xəbər verib.
Məlumata görə, Kataloniya hökumətinin keçmiş üzvləri üsyana təhrikdə günahlandırırlar.
Xatırladaq ki, 2017-ci il, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası K.Puçdemon və digər 4 nəfərin həbs edilməsinə dair qərar çıxarmışdı. Kataloniya hökumətinin keçmiş üzvləri qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurdular. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.