|
|
|
|
“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində atalarının, babalarının məzarlarını ziyarət edə bilməyən bir milyon qaçqının haqqı pozulub”.
525.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Türkiyənin “Eko-Avrasiya” İqtisadi Əlaqələr Dərnəyinin rəhbəri Hikmət Ərən deyib.
“Keçən il birincisi keçiriləndən sonra bu forumun bir daha təşkil olunması labüdlüyü yarandı. Buna görə Azərbaycana təşəkkür edirəm ki, bir daha bu forumu təşkil edib. Nobel mükafatlı yazıçılar, alimlər, dünyanın önəmli siyasətçiləri, jurnalistləri bu gün Bakıdadırlar. İnanıram ki, bu insanlar Azərbaycanda, Qafqazda, ümumiyyətlə bütün dünyadakı insanların hüquqlarını müzakirə edib, bu məsələlərin həllində mühüm qərarlar verəcəklər. Prezident İlham Əliyev dedi ki, bir toplumun gələcəyini gənclər qurur. Ona görə də, İlham Əliyev gənc nəslin milli-mənəvi dəyərlərlə yetişdirilməsinin tərəfdarıdır. O, XXI əsr texnologiya əsri olduğu üçün gəncliyin texnologiyanın bütün imkanlarından istifadə etməsinin vacibliyini vurğuladı. Prezident qeyd etdi ki, Ermənistanın Azərbaycanı işğal etməsi nəticəsində bir milyon insan torpaqlarından qaçqın düşüb. Məncə, dünyada ikinci belə rəqəm yoxdur”.
Hikmət Ərən qeyd edib ki, İ.Əliyev forumda dünya ziyalılarının bu problemin həllinə töhfə verəcəklərinə inandığını bildirib.
PƏRVİZ