https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

İlyas Yalçıntaşın Bakı konsertində nələr yaşandı?

İlyas Yalçıntaşın Bakı konsertində nələr yaşandı?

Türkiyəli müğənnilər İlyas Yalçıntaş və Aynur Aydının Bakı konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, İlyas əvvəlcə media nümayəndələri ilə görüşüb və sualları cavablandırıb.

Yalçıntaş Bakı ilə bağlı təəssüratlarını bölüşüb, buranı çox sevdiyini deyib:

“Bakıya ilk səfərim deyil. Bakıda evim olmasını istəyərəm. Gözəl şəhərdir, insanları da mehribandır.

Mahnılarımın sözlərində təbiətə aid sözlər istifadə etməyi sevirəm. Hər şairin bir özəlliyi var. Mənə də təbiət ilham verir. Ona görə də, mahnılarımda bəzi kəlimələri istifadə edirəm”.

İlyas Əzizə Mustafazadəni dinlədiyini və Azərbaycan caz musiqisini sevdiyini söyləyib.

“Elektra Events Hall”da keçirilən gecədə səhnəyə ilk olaraq Yalçıntaş çıxıb və “İçimdeki duman” mahnısını səsləndirib. Sənətçi repertuarındakı “İncir”, “Yağmur”, “Gel be gökyüzüm” mahnılarla yanaşı, digər sənətçilərin repertuarına da müraciət edib. Bir saatdan çox səhnədə qalan Yalçıntaş tamaşaçılarla birlikdə mahnılar səsləndirib, söhbət edib. Gecədə canlı ifalar təqdim edən müğənni 2 Aprel qələbəsini xatırladıb.

“Aprelin 2-də Azərbaycanın qəhrəmanlıq günüdür. Ona görə də, saat 12 olmamış konsertimizi bitirəcəyik. Bütün şəhidlərimizə Allah rəhmət eləsin” deyə, müğənni bildirib.

Türkiyəli ifaçı xalq artisti Faiq Ağayevin "Dəşti" mahnısını oxuyub.

Yalçıntaşdan sonra səhnəyə Aynur Aydın çıxıb. Müğənni gələrkən hava limanında başına gələn hadisəni tamaşaçılarla bölüşüb:

“Almaniya vətəndaşı olduğum üçün mənə viza lazım imiş. Bundan xəbərimiz olmayıb. 7 saat hava limanında qaldım, çətinliklə olsa da, gəlib çata bildim”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.