https://525.az/../img/pics/medium/183694_o0qrzhrfjf.jpg Bu dünyada biz də varıq - Fidan Malik yazır
https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
25 Aprel 2024
24 Aprel 2024

“Qəbələ” “Mançester Siti” və “Qalatasaray”la qarşılaşacaq

“Qəbələ” “Mançester Siti” və “Qalatasaray”la qarşılaşacaq

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” aprelin 5-8-də Türkiyədə baş tutacaq ənənəvi “İzmir cup”da qüvvəsini sınayacaq.

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı, məşqçilər Şəhruz Mustafayev və Elçin Rzazadə turnirdə 16 futbolçuya güvənəcək. Bunlar Əli Tahirov, İslam Əbdüləzizov, İlkin Budaqov, Elnur Mustafayev, Mahir Mehdiyev, Sənan Məsimov, Ceyhun Bağırzadə, Nurlan Ağabəyov, Cümə Hüseynov, Ziya Şəkərxanov, Həsən Nəzərli, Samid Əhmədov, Murad Ağamalıyev, Sənan Zəkəriyyəyev, Fərid İsayev və Vüsal Əmirəhmədovdu. 

Turnirdə 56 komanda mübarizə aparacaq. Aprelin 6-da keçiriləcək qrup mərhələsinin oyunları keçiriləcək. “Qəbələ” A qrupunda İngiltərənin “Mançester Siti”, Hollandiyanın “Alkmaar”, Türkiyənin “Qalatasaray”, “Çaykur Rizəspor”, “Karasu” və “Altay” klublarının U-12 komandaları ilə üz-üzə gələcək. 

“Qırmızı-qaralar” ilk turda “Çaykur Rizəspor”, ardınca “Karasu” ilə qarşılaşacaq. Növbəti iki matçında “Mançester Siti” və “Qalatasaray”la görüşəcək komanda V turda istirahət edib, sonda “Altay” və “Alkmaar”la üz-üzə gələcək. 

Qeyd edək ki, iştirakçıların növbəti mərhələdəki rəqibləri qrupda tutduqları yerlərə əsasən müəyyənləşəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.