Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Ramin Rzayevin rəhbərliyi ilə ikinci kurs tələbələri Aybəniz Məhərrəmova, Kənan Novruzov, Telli Əzizova, Gülər Hüseynli "Həyat eşqi" adlı sənədli film hazırlayıblar.
525.az-ın məlumatına görə, yaradıcı heyət bildirib ki, fiziki məhdudiyyətli rəssam Samirə Süleymanovanın həyat və yaradıcılıq uğurlarından bəhs edən filmin çoxları üçün ibrət olacağına inanırıq:
"Filmi çəkməkdə məqsədimiz də insanları mübarizəyə səsləmək, onlarda həyat eşqi yaratmaqdır".