İranlı ayətullah Mekarim Şirazi Türkiyəni Suriya siyasətinə görə tənqid edib.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ayətullah Türkiyəni İsraillə işbiriliyində günahlandırıb: "Siz qəsbkar İsraillə əl-ələ verib məsum insanları qətl etmək üçün Suriyaya terrorist göndərirsiniz. Buna görə tarixdə rəzil-rüsvay olacaqsız".
Mekarim Şirazi Suriyaya müdaxilə edən ölkələr arasında Türkiyənin birinci sırada durduğunu deyib. O qeyd edib ki, Suriya xalqı öz problemlərini özü həll etməlidir. Qərb dövlətlərinin dəstəyi ilə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin Suriyada xaos yaratdığını vurğulayan ayətullah Şirazi Türkiyəni sərt tənqid edib.