Böyük Britaniyanın Mançester şəhərində avtomobil kütləyə çırpılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin qarşısında baş verən hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Müxtəlif dərəcəli xəsarət alan yaralılar xəstəxanalara çatdırılıb. Onların ağır yaralandığı bildirilir.
Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirir. İlkin versiyaya görə, insident yol qəzası nəticəsində baş verib.