https://525.az/img/pics/medium/2024-04/310307_ikq16fbueg.jpg “525-ci qəzet”in 17 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310206_nzabxr6ypc.jpg İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-04/310290_6v4mu9weea.jpeg Xalq yazıçısı Anarla Sabirabadda görüş
search
16 Aprel 2024

Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası birinci oldu

Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası birinci oldu

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası "İlk liqa kuboku” və “İlk komanda kuboku”nun sahibi olub.

15-16 aprel tarixlərində Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və "Ümid" taekvondo klubunun təşkilatçılığı ilə "İlk liqa kuboku" keçirilib.

Mərkəzin taekvondo komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə Azərbaycan taekvondo tarixində ilk dəfə olaraq uşaq, yeniyetmə və gənclərdən ibarət 111 nəfərlik taekvondo üzvi ilə "Daedo international" elektron sistemilə təchiz edilən yarışda 13 qızıl medalla l yeri qazanıblar.

Yarışın keçirilməsində əsas məqsəd taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin, ustalıqlarının artırılmasından ibarət olub.

İki gün davam edən turnirdə 37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçu qüvvələrini sınayıb. Yarışlar Azərbaycan Boks Federasiyasının idman zalında keçirilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.