https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

“Raquf Orucov kuboku”nun məqsədi hərbi-vətənpərlik ruhunu daha da yüksəltməkdir”

“Raquf Orucov kuboku”nun məqsədi hərbi-vətənpərlik ruhunu daha da yüksəltməkdir”

“Azərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad edlməsi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bizim üçün əzizdir, onların hünər və  qəhrəmanlığı yeniyetmər və gənclər üçün örnəkdir”.

Bu sözləri 2016-cı ilin Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinə həsr edilən cüdo üzrə beynəlxalq “Raquf Orucov kuboku” turnirinin təşkilatçısı – “Judo Club 2012” idman klubunun prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında beynəlxalq yarışların qalibi Azər Əsgərov aprelin 19-da Bakı İdman Sarayında keçiriləcək yarışlar haqqında məlumat verərkən deyib.

O, Aprel döyüşlərinin Azərbaycanın müasir hərb tarixində şanlı səhifə olduğunu, bu döyüşdə qazanılan zəfərin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb. Azər Əsgərov deyib: “Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh danışıqları nəticə verməsə, biz hərbi yolla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Aprel döyüşləri bu istəyin gerçək olduğunu bir daha bütün dünyaya göstərdi. Qəhrəman əsgər və zabitlərimizin həmin döyüşlərdəki şücaətləri gənclərimizin vətənpərvərlik ruhunu daha da çoşdurdu. Şəhidlərimizin xatirəsinə ehtiram həm mənəvi borcumuzdur, həm də böyüməkdə olan nəsilin düzgün tərbiyəsi üçün mühüm əhəmiyyət daşıyır. Biz də məhz bu amili əsas götürərək Aprel döyüşlərində şəhid olan ən təcrübəli zabitimiz, öz şərəfli xidməti ilə hələ sağlığında adı əfsanələşmiş kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəxsində bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş turnir təşkil etməyi qərara aldıq. Məqsədimiz yeniyetmələrin hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə və həmçinin Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatırılmasına töhfə verməkdir...”

Azər Əsgərov bildirib ki, yarışların yüksək səviyyədə keçirilməsi üçün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə hər cür şərait yaradılıb. Qonşu ölkələrdən gələcək idmançılar turnirdə iştirak etməklə yanaşı, paytaxtımızın tarixi məkanları, görməli yerləri ilə də tanış ola biləcəklər.

Xatırladaq ki, “Raquf Orucov kuboku” turniri bu il ikinci dəfədir keçirilir. Beynəlxalq kateqoriyalı turnirdə yaşı 21-dək (U-21) olan 1998-2003-cü il təvəllüdlü oğlan və qızlardan ibarət klub komandaları yarışacaqlar. Bu ilki yarışlarda Azərbaycanın 16 klub komandası ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstandan gəlmiş komandalar da iştirak edəcəklər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.