|
|
|
|
Xalq artisti Fəxrəddin Manafov Almaniyadan Bakıya qayıdıb.
Bu barədə APA-ya aktyor özü məlumat verib.
O, bildirib ki, Almaniyaya onurğasında olan problemə görə gedib:
“Həkimlər müayinə etdilər, müalicə aldım. Mənim sağlamlığımla bağlı məsələləri bu qədər şişirtməyə, böyütməyə ehtiyac yoxdur. Artıq Bakıdayam, hər şey qaydasındadır”.