https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310967_lsdo93d0o6.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Döyüş nə vaxt başladı? - Rəvan Cavid yazır
search
23 Aprel 2024
22 Aprel 2024

Ərdoğan: “Bu, futbol terrorundan betərdir”

Ərdoğan: “Bu, futbol terrorundan betərdir”

“Baş verən hadisə bizi ciddi mənada məyus etdi. İstanbula enən kimi buna şahid oldum”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən “Fənərbaxça”-“Beşiktaş” qarşılaşmasında yaşanan insidenti dəyərləndirən dəvlət başçısı bunu terror adlandırıb. 

Ərdoğan yerli mətbuata açıqlamasında Türkiyə Futbol Federasiyasına da mesaj göndərib: “Əvvəla bu, futbol terrorundan da betərdi. Bir az açıq danışmaq lazımdı. Burda hiylə də var. Bütün hadisələr ancaq künc nöqtələri yaxınlığında oldu. Tribunalardakı terroru kimlərsə təşkil edir, öz-özünə baş vermir. Kuarejma künc zərbəsi yerinə yetirməyə gedir, alışqan atırlar. Üstəlik, Şenol Günəşin başına gələn hadisə... Bu hərəkətlər qəbulolunmazdı. Kaş Tolqa da yanlış müdaxilələr etməyəydi. Şenol Günəşə ediləni bağışlamaq mümkün deyil. Hər iki klubun prezidenti ilə əlaqə saxlayıb, bu barədə danışdım. Hamısı şikayətçidi. Görək, Türkiyə Futbol Federasiyası bundan nə nəticə çıxaracaq, hansı tədbirləri görəcək”. 

Qeyd edək ki, qarşılaşmanın 57-ci dəqiqəsində azarkeşlər meydana yaş əşyalar atdığından və “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə xəsarət yetirdiyindən, görüş təxirə salınmışdı.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.