ABŞ və onun müttəfiqlərinin Suriyaya raket hücumları ən uyğunsuz vaxtda həyata keçirilib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT Baş katibinin Suriya məsələsi üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüş zamanı deyib.
O bildirib ki, raket hücumları Suriyada normallaşma vəziyyətinin birdəfəlik təmin olunacağı bir vəziyyətdə və Şərqi Qutada əməliyyatın başa çatmasına 2 gün qalmış baş verib:
“Məhz zərbələrin endirilməsindən 2 gün sonra əməliyyatı başa çatdırdıq. Raket zərbələri stabillik gətirmədi və Suriyada nizamlama prosesinə mane oldu”.