İrəvanda 100-ə yaxın etirazçı “Zvarnots” beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar polisin tələblərinə məhəl qoymayaraq hökumətə qarşı şüarlar səsləndirir.
Qeyd edək ki, hazırda Ermənistanın paytaxtı İrəvanda və Gümrü şəhərində müxalifətin növbəti mitinqləri keçirilir.